Türkiyədə son 24 saat ərzində daha 63 nəfər yeni növ koronavirusdan vəfat edib.
SİA xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca deyib.
Nazir qeyd edib ki, ümumilikdə ölənlərin sayı 277 nəfərə çatıb.
Qoca bildirib ki, yoluxma halları ən çox İstanbulda, İzmir və Ankarada qeydə alınıb.