İspaniyada vəziyyət nəzarətdən çıxır SON RƏQƏMLƏR

İspaniyada yeni növ koronavirus epidemiyasından ölənlərin sayı 769 artaraq 4 min 858 nəfərə çatdı. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İspaniyanın Səhiyyə Nazirliyiyi açıqlayıb.

Nazirlik bildirib ki, koronavirusdan martın 25-də 738, martın 26-da 655 nəfər dünyasını dəyişmişdirsə, bu gün ərzində ölənlərin sayı 769 nəfərə çatıb.

24 saat ərzində dünyada COVİD-19-dan ən çox ölənlər İtaliyada qeydə alınıb. Belə ki, martın 21-də İtaliyada gün ərzində 793 nəfər dünyasını dəyişib.

İspaniyada yoluxanların sayı son 24 saatda 7 min 871 nəfər artaraq, ümumilikdə 64 min 59-a çatıb. Deyilənlərə görə, 36 mindən çox xəstə müxtəlif xəsatəxanalarda, digərləri isə evdə müalicə edilir. Sağalan xəstələrin sayı isə 9 min nəfərdir.

Qeyd edək ki, İspaniya virusdan ölənlərin sayına görə, İtaliyadan sonra ikinci sırada dayanır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...