“Türk Hava Yolları” aviaşirkəti Nyu-York aviareyslərini müvəqqəti dayandırır

“Türk Hava Yolları” aviaşirkəti tərəfindən koronavirusla bağlı Nyu-York səfərlərinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilib.

SİA xəbər verir ki, bununla bağlı şirkətin baş direktoru Bilal Ekşi bildirib.

Məlumatda aviareyslərin martin 27-dən aprelin 17-dək dayandırıldığı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə