Karantin qaydalarını pozanlar məsuliyyətə cəlb edilir

Rusiyada, koronavirus səbəbiylə karantin qaydalarını pozan beş yüzdən çox insan cinayət məsuliyyətinə cəlb edilib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirliyin nümayəndəsi İrina Volkun sözlərinə görə, nazirlik Rospotrebnadzor ilə birlikdə vətəndaşların, ilk növbədə xaricdən gələnlərin karantin və özünü təcridetmə rejiminə əməl etməsini yoxlayır. O, qeyd edib ki, bu yoxlamalarda on minə yaxın polis əməkdaşı iştirak edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...