İspaniyada koronavirus qurbanlarının sayı 4 mini ötdü

İspaniyada koronavirus qurbanlarının sayı 4 mini ötüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, son sutka ərzində 655 nəfər epidemiyanın qurbanına çevrilib.

Ümumilikdə İspaniyada xəstəliyə yoluxanların sayının 56 min 188 nəfər, ölənlərin sayının isə 4 min 89 olduğu bildirilir. Bununla yanşı ötən gündən indiyədək daha 8.5 min nəfərə koronavirus diaqnozu qoyulub

3.7 min nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

İspaniyada ən ağır vəziyyət Madriddə ( 17 min insan yoluxub, 2 mindən çox insan dünyasını dəyişib) və Kataloniyadadır ( 11.5 min nəfər xəstəliyə yoluxub, 672 nəfər isə dünyasını dəyişib). Ümumilikdə isə virusa yoluxma halı ölkənin bütün ərazisində qeydə alınıb. Bununla da İspaniya ölüm və yoluxma halına görə Avropada İtaliyadan sonra ikinci yerdə dayanır. İspaniya hakimiyyəti martın 14-dən 15 günlük karantin rejimi elan etmişdi, ölkə parlamentinin qərarı ilə bu müddət aprelin 11-dək uzadılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə