Yaponiyada virusa yoluxanların sayı 942 nəfərə çatıb

Yaponiyada “Diamond Princess” gəmisindəki 705 nəfər daxil olmaqla, koronavirusa yoluxanların sayı 942-yə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, virus ölkənin 47 prefekturasının yarısında yayılıb. Ən çox yoluxanlar 67 nəfər olmaqla, ölkənin şimalındakı Hokkaydo prefekturasında qeydə alınıb. Tokioda 36 koronavirus infeksiyası təsdiqlənib, bu günə qədər 11 nəfər ölüb.

Ölkədə kütləvi tədbirlər ləğv edilib, əyləncə parkları, dövlət kitabxanaları, muzeylər bağlanıb. Bu gündən martın 15-nə qədər Tokiodakı Disneyland və Disney Sea, Osakadakı “Universal Studio Japan” əyləncə parkı ziyarətçilər üçün bağlı elan olunub. Mart ayının sonu aprelin əvvəlinə planlaşdırılan bütün tədbirlər ləğv edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...