Almaniyada avtomobilin insanların üzərinə sürülməsi nəticəsində azı 15 nəfər yaralanıb

Almaniyanın Folkmarzen şəhərində avtomobilin karnaval iştirakçılarının üzərinə sürülməsi nəticəsində azı 15 nəfər yaralanıb.

SİA xəbər verir ki, polis gümüşü rəngli “Mercedes Kombi” markalı avtomobilin sürücüsünü artıq saxlayıb. Avtomobil dayanana qədər təqribən 30 metr məsafə qət edib. Şahidlərin sözlərinə görə, sürücü avtomobili insanların üzərinə sürdükdən sonra ayağını pedala basmağa davam edib. Onun bunu qəsdən edib-etmədiyi aydınlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə