Kamerunun cənubunda silahlı şəxslər 14-ü uşaq olmaqla 22 kəndlini öldürüblər

Kamerunun cənubunda silahlı şəxslər 14 uşaq da daxil olmaqla 22 kəndlini öldürüblər.

SİA xəbər verir ki, bu barədə “France Presse” agentliyi BMT nümayəndəsinə istinadən məlumat yayıb.

Hücum cümə günü baş verib. Kamerun müxalifəti “qırğın”a görə ordunu günahlandırıb.

“Ümumilikdə 22 nəfər öldürülüb, onların arasında 11-i qız olmaqla, 14 nəfər uşaq da var”, - Kamerunun şimal-qərb və cənub-qərb bölgələrində BMT-nin humanitar məsələlər üzrə idarəsinin nümayəndəsi Ceyms Nunan belə deyib.

O əlavə edib ki, naməlum şəxslər beş yaşından az doqquz uşağı, hamilə qadını və uşaqlarını aparan iki qadını da öldürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə