Kamerunun cənubunda silahlı şəxslər 14 uşaq da daxil olmaqla 22 kəndlini öldürüblər.
SİA xəbər verir ki, bu barədə “France Presse” agentliyi BMT nümayəndəsinə istinadən məlumat yayıb.
Hücum cümə günü baş verib. Kamerun müxalifəti “qırğın”a görə ordunu günahlandırıb.
O əlavə edib ki, naməlum şəxslər beş yaşından az doqquz uşağı, hamilə qadını və uşaqlarını aparan iki qadını da öldürüblər.