OPEC və qeyri-OPEC ölkələrinin mütəxəssisləri koronavirusun neft qiymətlərinə təsirini nəzərdən keçiriblər. SİA xəbər verir ki, mütəxəssislər koronavirusun yayılmasının qlobal neft tələbatına və iqtisadi artıma təsirini müzakirə ediblər.
Vyanada keçirilən toplantıda Çinin BMT-dəki nümayəndəsi Vanq Qunu da çıxış edib. O koronavirusun yayılması və bunun qlobal neft istehsalına təsirinindən danışıb.
Səudiyyə Ərəbistanı və Rusiya hasilatın daha da azaldılmasına razılıq əldə edərlərsə "OPEC+" iclasının daha tez keçirilməsinə nəzərdə tutulur.
Qeyd edək ki, hazırda Çində yayılan koronavirusla bağlı neft istehsalına təlabat azalıb və neft qiymətlərinin aşağı enməsi gözlənilir.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB