Koronavirus Rusiya və Ərəbistanı razılaşmaya apara bilər

5 Fevral 2020 14:27 (UTC+04:00)

OPEC və qeyri-OPEC ölkələrinin mütəxəssisləri koronavirusun neft qiymətlərinə təsirini nəzərdən keçiriblər. SİA xəbər verir ki, mütəxəssislər koronavirusun yayılmasının qlobal neft tələbatına və iqtisadi artıma təsirini müzakirə ediblər.

Vyanada keçirilən toplantıda Çinin BMT-dəki nümayəndəsi Vanq Qunu da çıxış edib. O koronavirusun yayılması və bunun qlobal neft istehsalına təsirinindən danışıb.

Səudiyyə Ərəbistanı və Rusiya hasilatın daha da azaldılmasına razılıq əldə edərlərsə "OPEC+" iclasının daha tez keçirilməsinə nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Çində yayılan koronavirusla bağlı neft istehsalına təlabat azalıb və neft qiymətlərinin aşağı enməsi gözlənilir.