Qazaxıstanda şənbə günü səhər saatlarında iki zəlzələ baş verib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Geofiziki Tədqiqatlar İnstitutunun milli mərkəzindən məlumat verilib.
Məlumata görə, Qaragöl vilayətində, ölkənin mərkəzində beş dəqiqə fasilə ilə iki zəlzələ baş verib. Moskva vaxtı ilə saat 01:14-də Jezkazqan şəhərindən 21 km şimal-qərbdə 6 km dərinlikdə 3,9 bal gücündə zəlzələ baş verib.
Seysmoloqların fikrincə, bu hadisədən 5 dəqiqə əvvəl, bundan daha zəif seysmik hadisə də baş verib. İlk zəlzələ 3,3 bal gücündə olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə