Çində koronovirusa yoluxanların və ölənlərin sayı artır

Çində koronovirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 853-ə, bu virus səbəbindən ölənlərin sayı isə 26-ya çatıb. SİA xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Ölüm hallarının 24-ü virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətində, biri isə Xıbey vilayətində qeydə alınıb.

Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da da virusa yoluxma halları təsdiqlənib.

Çin Maliyyə Nazirliyi koronovirusdan zərər çəkmiş Xubei vilayətinə kömək etmək üçün 1 milyard yuan (təxminən 144 milyon ABŞ dolları) ayırıb.

Qeyd edək ki, koronoviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Çində koronovirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayının və bu səbəbdən ölənlərin sayının çoxalması ilə əlaqədar Xubey vilayətində 1-ci səviyyədə fövqəladə hazırlıq vəziyyəti elan olunub.

Bu barədə vilayət hökumətinin məlumatında deyilir.

Son məlumata əsasən, Çində vəhşi heyvanlardan yayıldığı yəqin edilən koronovirusun yeni növünə yoluxanların sayı 853-ə, bu virus səbəbindən ölənlərin sayı isə 26-ya çatıb. Ölüm hallarının 24-ü virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətində qeydə alınıb.

Xubey vilayətinin inzibati mərkəzi olan Uxan (11 milyon əhalisi var) ilə yanaşı, vilayətin Xuanqan, Icou, Cician və Çiencian şəhərlərində ictimai nəqliyyat xidmətləri dayandırılıb, sakinlərdən ciddi səbəb olmasa şəhərlərini tərk etməmək xahiş olunub. Bəzi xarici aviaşirkətlər, o cümlədən “Türk Hava Yolları” Uxan şəhərinə uçuşları dayandırıb.

Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur və ABŞ-da, ümumilikdə 11 nəfərin virusa yoluxma halları təsdiqlənib.

Qeyd edək ki, koronoviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...