Ağ Ev vəkilləri impiçmenti demokratiyaya təhqir adlandırıblar

ABŞ Prezidenti Donald Trampın vəkillər qrupu Senata impiçment prosesinə qarşı iddiaları özündə əks etdirən 171 səhifəlik memorandum göndərib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb.

Ağ Ev vəkilləri Demokratlar tərəfindən hazırlanan impiçment maddələrini ABŞ Konstitusiyasına və demokratik təsisatlara təhqir" adlandırıblar: “Səbəsiz məqalələr və buna səbəb olan uydurma proses - Nümayəndələr Palatasının Demokratlarının təkəbbürlü siyasi hərəkəti rədd edilməlidir”.

Trampın vəkilləri müvafiq sənəddə impiçment prosedurlarının dərhal rədd edilməsini tələb ediblər: “Bütün bunlar Senat tərəfindən dərhal və qətiyyətlə pislənməlidir. Bu, ABŞ konstitusiyanın təhlükəli şəkildə pozulmasıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə