ABŞ Prezidenti Donald Trampın vəkillər qrupu Senata impiçment prosesinə qarşı iddiaları özündə əks etdirən 171 səhifəlik memorandum göndərib.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb.
Trampın vəkilləri müvafiq sənəddə impiçment prosedurlarının dərhal rədd edilməsini tələb ediblər: “Bütün bunlar Senat tərəfindən dərhal və qətiyyətlə pislənməlidir. Bu, ABŞ konstitusiyanın təhlükəli şəkildə pozulmasıdır”.