Lukaşenko və Putin arasında keçirilən görüş zamanı qəfildən elektrik enerjisi kəsilib

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putun arasında keçirilən görüş zamanı işıq qəfildən sönüb.

SİA RİA “Novosti”yə istinadən xəbər verir ki, elektrik enerjisinin kəsilməsi iki liderin giriş nitqi bitən ana təsadüf edib.

"Elektrik bitdi”, - deyə V. Putin zarafat edib.

Lukaşenko isə zarafatla “Bunun hamısı Dima Peskovun (Rusiya liderinin mətbuat katibi) işidir, mən bilirəm”, - söyləyib.

Nümayəndə heyətləri gülüşüb və danışıqları davam etdirib.

Qeyd edək ki, Rusiya və Belarus prezidentləri iki ölkə arasında İttifaq Dövlətinin yaranmasının 20 illiyi ərəfəsində Soçidə görüşürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...