Fələstin Amerika Səhra Xəstəxanasının yaradılmasına qarşı çıxır

Fələstinin dövlət başçısı Mahmud Abbas Ramallah kəndində qurulan Fələstin Azadlıq Təşkilatının İcraiyyə Heyyəti yığıncağında Qazzada tikintisinə başlanan Amerika Sahara Xəstəxanasının yaradılması ilə əlaqədar açıqlama edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, xəstəxanın qurulmasına icazə verilməyəcəyini dilə gətirən Mahmud Abbas bildirib ki, bu cür hərəkətlər “Əsrin Müqaviləsi”ni, yüz ilin razılığını parça-parça edir.

Dövlət başçısı həmçinin bildirib ki, İsrailin qurmağa çalışdığı yeni qanunsuz koloniyalar, qanunsuz yerləşdirmələr, susulması mümkün olmayan bir məsələdir. Əgər bu vəziyyət davam edərsə, İsrail və ABŞla aramızda olan bütün razılaşmalar, müqavilələr ləğv ediləcək.

Qeyd edək ki, Amerika Sahara Xəstəxanası Qəzzanın şimalındakı İsrail ilə sərhəddə qurulur. ABŞ-dan olan "Dost gəmiləri" adlı qeyri-hökumət təşkilatı vasitəsilə həyata keçirilən layihənin Qəzza, Misir və İsrail arasındakı təhlükəsizlik razılaşması çərçivəsində reallaşdırılması nəzərdə tutulur. Həmçinin Həmas və Qəzzadakı sağlamlıq sahəsində böyük problemlər yaşayan müxtəlif hərəkatlar işin humanitar yardım məqsədi daşıdığını və məsələnin təhlükəsizlik problemi yaratmayacağını bildiriblər.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...