İordaniyada minlərlə adam hökumətdə islahatlar və parlament seçkiləri tələbi ilə etiraz aksiya keçirib. SİA-nın xəbərinə görə, bu ölkədə etirazlar həftələrdir ki, səngimək bilmir. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, nümayişçilər "insanlar seçilmiş parlament tələb edir" şüarı səsləndirib. Etirazçılar minlərlə polis tərəfindən mühasirəyə alınıb. Aksiya iştirakçıları kral Abdullanın təyin etdiyi keçmiş və bu yaxınlarda vəzifəsindən kənarlaşdırılan baş nazirləri pisləyib. Onlar yüksək ərzaq qiymətləri, vergi və nepotizmə etirazlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə