Türkiyənin Suriyadakı hərbi bazasına hücum olub

Suriyada Türkiyəyə məxsus 9 nömrəli müşahidə nöqtəsinə hücum olub. SİA-nın verdiyi məlumata görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi açıqlama yayıb. Bazaya hücum zamanı itki olmasa da, silah-sursatın bir qismi zərər görüb. Hücuma ağır silahlardan cavab atəşi açılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə