Braziliyanın Rio-de-Janeyro rayonunda qanunsuz inşa olunan iki şəxsi mülkün uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
SİA-nın məlumatına görə, əvvəlcə 9 nəfərin öldüyü barədə xəbərlər yayılsa da sonradan dağıntılar altından daha 7 nəfərin meyiti çıxarılıb. Dağıntının dəqiq səbəbləri barədə hələlik açıqlama verilməyib.
Tikilinin ölkədə yağan yağışlar səbəbindən əmələ gəlmiş güclü daşqınlardan sonra evlərini itirmiş şəxslərdən biri tərəfindən qanunsuz yolla tikildiyi müəyyənləşib.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB