Braziliyada qanunsuz tikilmiş mülk 15 nəfərin həyatına son qoyub

16 Aprel 2019 18:00 (UTC+04:00)

Braziliyanın Rio-de-Janeyro rayonunda qanunsuz inşa olunan iki şəxsi mülkün uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

SİA-nın məlumatına görə, əvvəlcə 9 nəfərin öldüyü barədə xəbərlər yayılsa da sonradan dağıntılar altından daha 7 nəfərin meyiti çıxarılıb. Dağıntının dəqiq səbəbləri barədə hələlik açıqlama verilməyib.

Tikilinin ölkədə yağan yağışlar səbəbindən əmələ gəlmiş güclü daşqınlardan sonra evlərini itirmiş şəxslərdən biri tərəfindən qanunsuz yolla tikildiyi müəyyənləşib.

Axtarış-xilasetmə işləri davam etdirilir.