Koreyanın sahil şəhəri sayılan Kannın şəhərində minik avtomobilinin yoldan çıxaraq dənizə aşması nəticəsində beş nəfər həlak olub.
SİA-nın məlumatına görə, Yonhap agentliyi xəbər verir ki, hadisə yerli vaxtla səhər 06:00 radələrində baş verib.
Sahil mühafizə xidmətinin gəmisi "Hyundai" markalı avtomobili sudan çıxarıb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilib, onlar universitet tələbələri olub. Avtomobil isə icarəyə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB