Çinin Daxili Monqolustan Muxtar Vilayətinin şimal hissəsində yol-nəqliyyat qəzası baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, qoşqusundakı çəndə təxminən 30 ton etil spirti olan yük avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə hadisə zamanı avtomobildə olan 3 nəfər xəsarət alıb, spirt 200kv.m sahəyə dağılıb.
Partlayış və yanğın hadisəsi baş verməyib. Hazırda hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər qəzanın nəticəsinin aradan qaldırılması istiqamətində müvafiq işlər görür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB