Çində magistral avtomobil yoluna etil spirti dağılıb

8 Yanvar 2011 22:16 (UTC+04:00)

Çinin Daxili Monqolustan Muxtar Vilayətinin şimal hissəsində yol-nəqliyyat qəzası baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, qoşqusundakı çəndə təxminən 30 ton etil spirti olan yük avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə hadisə zamanı avtomobildə olan 3 nəfər xəsarət alıb, spirt 200kv.m sahəyə dağılıb.

 

Partlayış və yanğın hadisəsi baş verməyib. Hazırda hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər qəzanın nəticəsinin aradan qaldırılması istiqamətində müvafiq işlər görür.