ABŞ-ın Miçiqan ştatında avtomagistralda 60-a yaxın nəqliyyat vasitəsi toqquşub. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində xəsarət alanlar var, 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.
Qəzaya güclü qar və yolun buz bağlaması səbəb olub. Hadisə yerinə polis və xilasedicilər cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB