5,9 bal gücündə zəlzələ baş verib

Yaponiyanın şərqində, Fukuşima prefekturası sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeraltı təkanlar əsasən, 2011-ci ilin martında atom elektrik stansiyasında qəzanın baş verdiyi Fukuşima prefekturasında qeydə alınıb. Zəlzələ paytaxt Tokioda 2 bal gücündə hiss olunub.

Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələnin episentri dənizdə, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə