ABŞ-ın Kaliforniya ştatındakı Oklend şəhərində atışma nəticəsində 8 nəfər yaralanıb. Bu barədə BNO News xəbər portalı məlumat yayıb. RİA Novosti informasiya agentliyi xəbər verir ki, hadisə "Vinil" gecə klubunun qarşısında baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yaralılardan ikisi şübhəli şəxs qismində saxlanılıb. Yaralanan digər 6 nəfərin hamısı xəstəxanaya yerləşdirilib. Onların 4-ü qadın, 2-si kişidir.

İnsidentin təfərrüatları müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə