Azad Suriya Ordusu daha 7 kəndi İŞİD-dən təmizləyib

Azad Suriya Ordusu  daha 7 kəndi İŞİD-dən təmizləyib

Azad Suriya Ordusu "Fərat Qalxanı" adı altında keçirilən əməliyyatlarda ölkənin şimalındakı daha 7 kəndi İŞİD-dən təmizləyib. "Anadolu" Agentliyinin yaydığı xəbərə görə, bu barədə Türkiyə Baş Qərargahının açıqlamasında deyilir. Ötən gün ərzində terrorçuların mövqelərinə 99 artilleriya zərbəsi endirilib, 9 hədəf zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə