Azad Suriya Ordusu daha 7 kəndi İŞİD-dən təmizləyib

6 Sentyabr 2016 07:34 (UTC+04:00)

Azad Suriya Ordusu "Fərat Qalxanı" adı altında keçirilən əməliyyatlarda ölkənin şimalındakı daha 7 kəndi İŞİD-dən təmizləyib. "Anadolu" Agentliyinin yaydığı xəbərə görə, bu barədə Türkiyə Baş Qərargahının açıqlamasında deyilir. Ötən gün ərzində terrorçuların mövqelərinə 99 artilleriya zərbəsi endirilib, 9 hədəf zərərsizləşdirilib.