"İŞİD lideri ABŞ–ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyadaki hava zərbələri nəticəsində qətlə yetirilib"
İngiltərənin Mirror qəzetinin məlumatına əsasən, İŞİD terror qruplaşmasının lideri Əbu-Bəkr Əl-Bağdadi öldürülüb. Mirror qəzeti xəbər verir ki, İŞİD lideri ABŞ–ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyadaki hava zərbələri nəticəsində qətlə yetirilib. Bəzi mənbələrə görə, qruplaşma lideri ramazan ayının 5-ci günündə İraqın Mosul şəhərində, digər mənbələrə görə isə Suriyanın Rakka şəhərində öldürülüb.
İraqın təhlükəsizlik orqanları onlara məxsus təyyarənin Bağdadinin avtomobil konvoyunu Karablaya hərəkət etdikləri zaman bombaladığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB