Mirror: İŞİD-in lideri öldürülüb

15 İyun 2016 00:21 (UTC+04:00)

İngiltərənin Mirror qəzetinin məlumatına əsasən, İŞİD terror qruplaşmasının lideri Əbu-Bəkr Əl-Bağdadi öldürülüb. Mirror qəzeti xəbər verir ki, İŞİD lideri ABŞ–ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyadaki hava zərbələri nəticəsində qətlə yetirilib. Bəzi mənbələrə görə, qruplaşma lideri ramazan ayının 5-ci günündə İraqın Mosul şəhərində, digər mənbələrə görə isə Suriyanın Rakka şəhərində öldürülüb.

İraqın təhlükəsizlik orqanları onlara məxsus təyyarənin Bağdadinin avtomobil konvoyunu Karablaya hərəkət etdikləri zaman bombaladığını bildirib.