İstefalar davam etdiriləcək

Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi komitəsinin sədri Koryun Naapetyan Müdafiə Nazirliyində kadr dəyişikliklərinin davam etdiriləcəyini deyib. SİA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, Naapetyan bildirib ki, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin istefaya göndərilməsi onların ciddi nöqsanlara yol verməsi ilə bağlıdır.

Məlumatda qeyd edilib ki, istefalar davam etdirilə bilər.

Naapetyanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında dördgünlük döyüşlər orduda operativ həll tələb edən ciddi problemlərin olduğunu aşkara çıxarıb: "Problemlərin həll olunması lazımdır".

Qeyd edək ki, Ermənistan prezidenti bu gün imzaladığı fərmanlarla müdafiə nazirinin müavinini, Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi və rabitə qoşunlarının komandanını vəzifələrindən azad edib.

Bütün xəbərlər Facebook səhifəmizdə