Hindistanın Odişa Ştatında opera truppasını daşıyan avtobusun qəzaya uğraması nəticəsində 25 nəfər ölüb, 11 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisə avtobus dağ yolda kəskin döngədən keçərkən baş verib. Ölən və yaralananlar arasında qadınlar və uşaqlar da var.

Yaralanan 11 nəfərin vəziyyəti isə ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə