Hindistanda qəza 25 can aldı

18 Aprel 2016 10:15 (UTC+04:00)

Hindistanın Odişa Ştatında opera truppasını daşıyan avtobusun qəzaya uğraması nəticəsində 25 nəfər ölüb, 11 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisə avtobus dağ yolda kəskin döngədən keçərkən baş verib. Ölən və yaralananlar arasında qadınlar və uşaqlar da var.

Yaralanan 11 nəfərin vəziyyəti isə ağırdır.