Suriyanın xarici işlər nazirinin müavini Faysal Mikdad, ABŞ-a xəbərdarlıq edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Mikdad, Suriyaya istiqamətli beynəlxalq hərbi müdaxilənin Əl-Qaidənin və onunla əməkdaşlıq edən təşkilatların işinə yarayacağını deyərək, ABŞ prezidenti Barak Obamanı həyata keçirmək istədiyi əməliyyatın nəticəsini düşünməməkdə günahlandırıb.
Faysal Mikdad, ABŞ-ın bu kimi hücumunun Orta şərqdə "Amerikaya nifrət" dalğasını gücləndirəcəyini də bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB