"Suriyaya hücum Əl-Qaidənin xeyrinə olacaq"

2 Sentyabr 2013 11:17 (UTC+04:00)

Suriyanın xarici işlər nazirinin müavini Faysal Mikdad, ABŞ-a xəbərdarlıq edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Mikdad, Suriyaya istiqamətli beynəlxalq hərbi müdaxilənin Əl-Qaidənin və onunla əməkdaşlıq edən təşkilatların işinə yarayacağını deyərək, ABŞ prezidenti Barak Obamanı həyata keçirmək istədiyi əməliyyatın nəticəsini düşünməməkdə günahlandırıb.

Faysal Mikdad, ABŞ-ın bu kimi hücumunun Orta şərqdə "Amerikaya nifrət" dalğasını gücləndirəcəyini də bildirib.