Erməni diasporu: “Sarkisyan soyqırımı sözünün mənası bilmir”

Ermənistan prezidenti Serj Sarkisyan savadsızlığını nümayiş etdirərək bir daha özünü biyabır edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, çərşənbə axşamı seçki kompaniyası çərçivəsində Ermənistanın Malatya-Sepastia bölgəsinə gedən Sarkisyan Barak Obamanın dediyi " Böyük fəlakət" sözü ilə "qondarma erməni soyqırımı" sözünün eyni mənanı əks etdirdiyini deyib.

Onun sözlərinə görə, Obama "soyqırımı" kəliməsini deməsə belə, "Böyük fəlakət" sözü ilə öz düşüncəsini ifadə edib: "Onsuzda o "soyqırımı" sözünü işlətsəydi bu dəfə də dünya "Obama bu kəliməni niyə bir dəfə dedi?- deyə danışacaqdı".

Sarkisyan bu fikri səsləndirdikdən sonra ABŞ-dakı erməni diasporasının və erməni mətbuatının sərt reaksiyasına tuş gəlib. Belə ki, erməni mətbuatı Sarkisyanın bu addımı 18 fevralda keçiriləcək prezident seçkilərində öz "kreslosunu" qorumaq məqsədilə atdığını yazıb. ABŞ-dakı erməni diasporunun məhşur qəzetlərindən birində bu fikirlər ifadə olunub: "Soyqırımın nə demək olduğunu Sarkisyana başa salmaq lazımdır. Bu sahədə ona dərs keçmək vacibdir".

Ermənistanın tanınmış politoloqu Ara Kaçatoriyan isə Sarkisyanın sözlərinin erməni xalqına təhqir olduğunu deyib: "Əgər Sarkisyan həqiqətən də soyqırımı ifadəsilə "böyük fəlakət" sözlərinin mənasını eyni hesab edirsə, onda o Ermənistanı idarə etməməlidir. O bu savadsız düşüncə ilə erməni xalqının milli mübarizəsinə zərər verir".

Bütün xəbərlər Facebook səhifəmizdə