Türkiyə Prezidenti Abdulla Gül 15 min 400 məhbusa şamil edilən əfv fərmanı haqqında sərəncam imzalayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, onlardan 400 nəfəri ağır xəstədir.

Dustaqlar bu gündən başlayaraq həftə ərzində azad ediləcəklər. Sərəncam Türkiyənin altı vilayətindəki həbsxanaların məhbuslarına şamil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə