15 min 400 məhbus əfv olundu

1 Fevral 2013 10:15 (UTC+04:00)

Türkiyə Prezidenti Abdulla Gül 15 min 400 məhbusa şamil edilən əfv fərmanı haqqında sərəncam imzalayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, onlardan 400 nəfəri ağır xəstədir.

Dustaqlar bu gündən başlayaraq həftə ərzində azad ediləcəklər. Sərəncam Türkiyənin altı vilayətindəki həbsxanaların məhbuslarına şamil edilib.