Keniyanın şimalındakı Baraqua rayonunda mal-qara oğruları polisləri pusquya salaraq 42 asayiş keşikçisini qətlə yetiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, polislər 13 nəfəri qətlə yetirmiş mal-qara oğrularından ibarət dəstəni izləyərkən pusquya düşüb.
Keniya parlamentinin təhlükəsizlik komissiyasının sədri Uilfrid Kaponi hadisə ilə bağlı bunları deyib: "Bu hadisə bizim təhlükəsizlik qüvvələrinin səriştəsizliyini üzə çıxarıb. Cinayətkarları zərərsizləşdirməkdən ötrü polislərin müvafiq silahlarla təchiz olunması üçün ciddi tədbirlər görməyin vaxtı çatıb".
Hökumət qüvvələri cinayətkarların axtarışına başlayıb.
Elvin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB