Almaniya “maviləşir” - FOTO

Berlindəki gey-paradda 700 min nəfər iştirak edib


Almaniyanın paytaxtı Berlində keçirilən ənənəvi gey-paradda təxminən 700 min nəfər iştirak edib. "Frans-Press" agentliyi xəbər verir ki, nümayişin startına şəhərin meri, açıq homoseksualist Klaus Voverayt start verib.


Kroyçberq rayonundan Brandenburq qapılarınadək baş tutan keçid açıq havada diskoteka iə tamamlanıb. Məlumata görə, artıq 34-cü dəfədir, keçirilən aksiyada Rusiya prezidenti Vladimir Putinin və baş nazir Dmitri Medvedevin nəhəng portetləri hazırlanıb. Plakatlarda isə "Rusiyada homofobiyaya yox" şüarı yazılıb.


Xatırladaq ki, artıq dünyanın bir çox ölkəsində adi hal alan gey-paradın keçirilməsi tədricən rəsmiləşir. Gələn həftə ABŞ-da baş tutacaq "mavilərin" nümayişinə isə Birləşmiş Ştatların Müdafiə Nazirliyi təşkilatçılıq edəcək. Mərasimdə rəsmilərin çıxışları və müdafiə nazirinin video-müraciəti gözlənilir.


Eyni cinsdən olanların nikaha girməsi də artıq əksər ölkədə leqallaşıb. Bir neçə gün öncə isə nüfuzlu siyasətçi, keçmiş vitse-prezident Dik Çeyninin qızı 20 illik rəfiqəsilə ailə qurub. ABŞ dövlət katibi Hillari Klinton isə çıxışlarının birində geylərin, lezbiərin, biseksualların və transseksualların hüquqlarını müdafiə etmələrini, onlara köməklik göstərib dəstək vermələrini Ağ Ev xarici siyasətinin prioriteti olduğunu bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...