Pakistanın Kvetta şəhərində həyata keçirilən raket hücumunda NATO-ya məxsus 34 tanker yandırılıb. SİA-nın "İTAR TASS"-a istinadən verdiyi xəbərə görə, hücumda ölən olmayıb, ancaq ciddi maddi zərər qeydə alınıb.

Hücumun 24 Pakistan əsgərinin ölümünə səbəb olan NATO bombardmanına cavab xarakteri daşıdığı təxmin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə