NATO-nun 34 tankeri yandırılıb

10 Dekabr 2011 18:24 (UTC+04:00)

Pakistanın Kvetta şəhərində həyata keçirilən raket hücumunda NATO-ya məxsus 34 tanker yandırılıb. SİA-nın "İTAR TASS"-a istinadən verdiyi xəbərə görə, hücumda ölən olmayıb, ancaq ciddi maddi zərər qeydə alınıb.

Hücumun 24 Pakistan əsgərinin ölümünə səbəb olan NATO bombardmanına cavab xarakteri daşıdığı təxmin edilir.