Əfqanıstanın paytaxtı Kabildə Aşura mərasimində iştirak edən şiələr qəfil hücuma məruz qalıb. SİA-nın xəbərinə görə, nəticədə aralarında qadın və uşaqların da olduğu 48 adam həyatını itirib. Kabil şəhəri Taliban hökumətinin devrilməsindən sonra 2001-ci ildən bu yana ən qanlı hücumlardan birinin hədəfinə çevrilib. Hadisədə 100-ə yaxın yaralının xəsarət alaraq dərhal xəstəxanalara aparıldığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə