Əfqanıstanda ölənlərin sayı 48 nəfərə çatdı

6 Dekabr 2011 14:38 (UTC+04:00)

Əfqanıstanın paytaxtı Kabildə Aşura mərasimində iştirak edən şiələr qəfil hücuma məruz qalıb. SİA-nın xəbərinə görə, nəticədə aralarında qadın və uşaqların da olduğu 48 adam həyatını itirib. Kabil şəhəri Taliban hökumətinin devrilməsindən sonra 2001-ci ildən bu yana ən qanlı hücumlardan birinin hədəfinə çevrilib. Hadisədə 100-ə yaxın yaralının xəsarət alaraq dərhal xəstəxanalara aparıldığı bildirilib.