Ermənistanın müdafiə naziri Seyran Ohanyanın səhhətində problemlər yaranıb. SİA-nın xəbərinə görə, bunu "Aykakan Jamanak" qəzeti yazıb. Mənbə müdafiə nazirinin uzunmüddətli müalicəyə ehtiyacı olduğunu bildirib. Buna səbəb isə Ohanyanın Azərbaycan torpaqlarının işğalı zamanı aldığı yaranın ona əziyyət verməsidir: "Seyran Ohanyan 6-7 aylıq mülacilə kursu keçməlidir, müalicəyə göndəriləcəyi təqdirdə onun vəzifəsini birinci müavini David Tonoyan icra edəcək."-deyə, mənbə əlavə edib.
Lakin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri David Karapetyan xəbəri təkzib edib. O, qeyd edib ki, yayılan xəbərlər heç bir həqiqəti özündə əks etdirmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB