Ermənistanın müdafiə naziri xəstaxanalıq olub

29 İyul 2011 17:26 (UTC+04:00)

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın səhhətində problemlər yaranıb. SİA-nın xəbərinə görə, bunu "Aykakan Jamanak" qəzeti yazıb. Mənbə müdafiə nazirinin uzunmüddətli müalicəyə ehtiyacı olduğunu bildirib. Buna səbəb isə Ohanyanın Azərbaycan torpaqlarının işğalı zamanı aldığı yaranın ona əziyyət verməsidir: "Seyran Ohanyan 6-7 aylıq mülacilə kursu keçməlidir, müalicəyə göndəriləcəyi təqdirdə onun vəzifəsini birinci müavini David Tonoyan icra edəcək."-deyə, mənbə əlavə edib.

Lakin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri David Karapetyan xəbəri təkzib edib. O, qeyd edib ki, yayılan xəbərlər heç bir həqiqəti özündə əks etdirmir.