Rusiya müdafiə xərclərini artırır

Rusiya hökuməti ordunun yenidən təşkili üçün bu il 27 milyard dollar ayırıb. SİA-nın məlumatına görə, Rusiya ordudakı silahları modernləşdirmək və yenidən silahlanmaq üçün müdafiə xərclərini ötən ilə nisbətən artırmaq niyyətindədir.


Baş nazir Putin Rusiyanın müdafiə xərclərinə 2011-ci ildə 750 milyard rubl (27.2 milyard dollar) ayırdığını, sözügedən vəsaitin xaricdən silah idxalı, müdafiə ilə bağlı araşdırma və silahların müasirləşdirilməsində istifadə olunacağını bildirib.


Qeyd edək ki, Rusiya ordusu illərdir islahatlar aparılmadığından, köhnələn silahların yenilənməsi üçün müdafiə xərclərinin artırılmasını tələb edir. 2010-cu ilin dekabrında isə baş nazir Putin yenidən silahlanmaq məqsədilə 20 trilyon rubl (725 milyard dollar) ayrılacağına vəd vermişdi.


Sovet İttifaqının dağılması ötən 20 ildə rus ordusunda islahatların aparılmasını zəruri etdi. Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstanla apardığı müharibə isə ordudakı bütün çatışmazlıqları üzə çıxardı.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB