Qeyd edək ki, Rusiya ordusu illərdir islahatlar aparılmadığından, köhnələn
silahların yenilənməsi üçün müdafiə xərclərinin artırılmasını tələb edir.
2010-cu ilin dekabrında isə baş nazir Putin yenidən silahlanmaq məqsədilə 20
trilyon rubl (725 milyard dollar) ayrılacağına vəd vermişdi.
Sovet İttifaqının dağılması ötən 20 ildə rus ordusunda islahatların
aparılmasını zəruri etdi. Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstanla
apardığı müharibə isə ordudakı bütün çatışmazlıqları üzə çıxardı.