"Kiyev "Türk axını"na hücum edir" - Orban yenə Ukraynanı hədəfə aldı!

Macarıstanın Baş naziri Viktor Orban növbəti dəfə Ukraynanı hədəf alıb. SİA xəbər verir ki, Baş nazir Macarıstanın Ukraynanın “Türk axını” boru kəmərini zədələməklə, neft blokadasını qaz blokadası ilə davam etdirməsinə icazə verməyəcəyini bəyan edib.

SİTAT: "Biz hər şeyə qadir olan ölkə ilə qarşı-qarşıyayıq. Ukrayna hakimiyyəti “Drujba” neft kəmərini bağlayıb, əvvəllər Rusiya qazının öz ərazisindən tranzitini əngəlləyib, indi isə “Türk axını” qaz kəmərinin infrastrukturuna hücum edir. Biz ucuz rus enerjisindən məhrum olsaq, bütün macar ailələri üçün kommunal qiymətlər bir neçə dəfə artacaq",- o bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə